!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial şəbəkələrdə “Mavi Tık” TENDENSİYASI: “Burada qınanılacaq bir şey yoxdur” - RƏY

!Reklam – Yazi

“İnsanlar öz pullarını xərcləyərək “Mavi Tık” nişanını alırlar. Ona görə də burada qınanılacaq bir şey yoxdur”.

Bunu son zamanlar şəxslərin sosial şəbəkə profillərində “Mavi təsdiq” nişanına daha çox üstünlük vermələri məsələsini şərh edərkən texnobloger Fərid Pərdəşünas Yenicag.az-a açıqlamasında deyib.


O, insanların başqalarından özlərini daha fərqli göstərmək istədikləri üçün “Mavi nişan”lara pul ödədiklərini deyib:

“”Mavi təsdiq” işarəsinə təkcə Azərbaycanda deyil, bütün dünyada maraq var. “İnstagram” və “Facebook” bu işarəni sataraq böyük gəlir əldə edib. İlk dəfə isə bu tendensiya “Twitter”dən başladı. Əslində “İnstagram” və “Facebook” deyir ki, guya bu işarəli profillər əlavə dəstək qazanır.

İnsanlar özlərini daha önəmli və xüsusi göstərmək üçün “Mavi təsdiq” nişanını alırlar. Təbii ki, bu, hər kəsin öz şəxsi seçimidir.

İnsanların fərqlənmək istəməsi başadüşüləndir. Bu, hər zaman belə olub. Hələ çatların məşhur olduğu vaxtlarda insanlar pul verərək rəngli “nik” alıb fərqlənməyi bacarırdılar.

Sosial mediada da belə bir tendensiya var ki, istifadəçilər özlərini daha önəmli və fərqli göstərmək istəyirlər.

Bu, yalnız sosial şəbəkə ilə bağlı deyil, eyni zamanda bahalı smartfonlara görə status sahibi olmağa çalışanlar da bu kateqoriyaya daxildir. Ümumilikdə, burada qınanılacaq bir şey yoxdur”.

Sadiq Cavadov

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv