!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial şəbəkələrdə zəlzələ paylaşımları: Nələrə diqqət edilməlidir?

!Reklam – Yazi

Türkiyədə baş verən zəlzələdən sonra sosial şəbəkələrdə bu yöndə olan paylaşımların sayında artım müşahidə edilməkdədir.

Yenicag.az xəbər verir ki, türk psixoloqlar və pediatrlar bildiriblər ki, zəlzələ qurbanlarının şəkillərini, məlumatlarını paylaşarkən diqqətli olmaq lazımdır.

Özəlliklə azyaşlı zərərçəkənlərin görüntülərini sosial mediaya yerləşdirmək düzgün deyil. Çünki bu onların valideynlərində təşviş hissi yarada bilər.

Bundan əlavə, dəqiq olmayan hər hansısa bir informasiyanı insanlarla bölüşmək həm qanun çərçivəsində yanlışdır, həm də digər vətəndaşların doğru xəbərlərə olan inancını azaldır.

Məsələn, hal-hazırda sosial şəbəkələrdə gündəm olan “TikTok” fenomeni Taha Duymazın axtarışlarının davam etməsi ilə bağlı hər kəs fərqli məlumatlar paylaşır. Kimisi artıq onun öldüyünü, amma bacısının reklam uğruna bu xəbəri gizlətdiyini, kimisi də axtarışların hələ də davam etdiyini deyir.

Klinik Psixoloq Əmrah Yaqut zəlzələ ilə bağlı emosional görüntülər paylaşılmasının əleyhinə olduğunu bildirib.

“Zəlzələ bölgəsi ilə bağlı çoxlu məzmun və video paylaşımları var. Dağıntılar altında qalan insanların videoları və bu görüntülərin müxtəlif musiqilərlə paylaşılması zəlzələni yaşamamış insanlarda belə travma yaradır”, – deyə psixoloq açıqlamasında qeyd edib.

www.yenicag.az

275
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv