!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial şəbəkələrin alətinə çevrilən AZYAŞLILAR: Sosioloqdan valideynlərə XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Övladını canlı yayımda nalayiq ifadələr işlətməsinə sövq edən, müxtəlif qeyri-etik hərəkətlər etməyə vadar edən valideynlər əksər hallarda məsuliyyətdən yaxa qurtarmağı bacarır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son zamanlar insanların artan sosial şəbəkə asılılığı və buna azyaşlıların alət olunması halları haqda danışan sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə, virtual dünyadan asılılığı olan insanlar bunu etiraf etməyi bacarmır.

“Bu asılılığı normal həyat tərzi kimi qəbul etməyə çalışırlar. Həmin insanlara sosial şəbəkədən asılı olduğunu irad kimi bildirdikdə isə belə bir asılılığının olduğunu hətta inkar edə bilirlər”, – deyə o əlavə edib.

Sosioloq qeyd edir ki, azyaşlıların sosial şəbəkələrdə alət kimi istifadə olunmasına görə cəzalar sərtləşdirilməlidir:

“Bəzən bu asılılıqdan yararlanaraq, sosial şəbəkə üzərindən pul qazanmağa çalışan insanlar da olur. Son zamanlar öz övladını, ailəsini yaşlı ata və anasını buna alət edən şəxslərin sayı getdikcə artır. Övladını canlı yayımda nalayiq ifadələr işlətməsinə sövq edən, müxtəlif qeyri-etik hərəkətlər etməyə vadar edən valideynlər əksər hallarda məsuliyyətdən yaxa qurtarmağı bacarır. Hətta məsuliyyətə cəlb olunsa belə, cüzi cərimə, yaxud xəbərdarlıq olunmaqla sərbəst buraxılır. Düşünürəm ki, bu sahədə cəzaların sərtləşdirilməsi, artırılmasına ehtiyac var ki, bəzi valideynlər övladlarını nəyə vadar etdiyini, onların hüququnu necə pozduğunun fərqinə varsın”.

Mütəxəssis əlavə edib ki, valideynlər gərək özlərinin asılılığı ilə mübarizə aparsın ki, övladı da ondan nümunə götürərək, bu addımlardan çəkinsin.

“Uşaqların sosial şəbəkə asılılığına gəldikdə isə gərək birinci növbədə valideynlər özlərinin asılılığı ilə mübarizə aparsın ki, övladı da ondan nümunə götürərək bu addımlardan çəkinsin. Əgər valideyn övladına kitab oxumağı aşılamaq istəyirsə, əvvəlcə özü kitab oxumağa başlamalıdır. O zaman belə nəticəyə gəlmək olar ki, övladlar valideynlərin etdiklərini təkrarlayır. Çünki azyaşlılar təqlid etməyi çox sevirlər. Hətta bununla bağlı məşhur bir deyim də var. Əgər övladınızı tərbiyə etmək istəyirsinizsə, birinci özünü tərbiyə etməlisiniz. Ona görə də valideynlər öz davranışlarına diqqət yetirməlidir ki, övladları da onlara bənzəsin”, – deyə sosioloq yekunlaşdırıb.

İsmayıl Bakuvi

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv