!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial şəbəkələrin qlobal şok yaradan ÇÖKÜŞÜ: “Mövcud hesabların təhlükəsizliyi baxımından…”

!Reklam – Yazi

“Martın 7-də Avropa ərazisində rəqəmsal xidmətlər haqqında yeni qanunvericiliyin qüvvəyə minməsi gözlənilir”.

Bu fikirləri ötən gün bəzi sosial şəbəkələrdə bir neçə saat davam edən çökmənin səbəbləri haqda danışan İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyev Yenicag.az-a açıqmasında deyib.

Onun sözlərinə görə, müşahidə edilən bu kimi halların gələcəkdə baş verməsi heç vaxt istisna deyil:

“Veb-servislərin, o cümlədən, sosial şəbəkələrin işində baş verən qəza, dayanma halları əvvəlki illərdə də baş verib və gələcəkdə də olması istisna edilə bilməz. Çünki belə servislərin çalışması ilə bağlı əlçatanlıq yüz faiz deyil. Hətta ödənişlə aldığımız bulud xidmətləri belə müqavilədə 99 faiz civarında əlçatanlıq vəd edir. Bu, praktikada normal sayılan məsələdir.

Ötən gün axşam saatlarında bir neçə sosial şəbəkənin fəaliyyətində problem yaşanmasına, “Facebook” və “Instagram”la yanaşı, “WhatsApp”, “Tik-tok” proqramlarının da müəyyən regionlarda dayanmasına Qırmızı dənizin dibi ilə gedən “Asia-Africa-Europe-1” magistral internet xəttinin zədələnməsinin səbəb olduğu bildirildi.

Asiya, Avropa və Afrikanı birləşdirən bu trafikin 25 faizi Yəmən ərazisindən keçir. Lakin “Meta” şirkəti texniki problemin özlərindən qaynaqlandığını açıqlayıb. Martın 7-də Avropa ərazisində rəqəmsal xidmətlər haqqında yeni qanunvericiliyin qüvvəyə minməsi gözlənilir. Ola bilsin ki, bu məsələ ilə bağlı hansısa tənzimləmələr icra edilərkən xəta baş verib. Problem bu ehtimallarla əlaqədardır.

Düşünürəm ki, burada xüsusi bir məsələ yoxdur, sadəcə, gözləmək, servis bərpa olduqdan sonra istifadəyə davam etmək mümkündür. Fikrimcə, sosial şəbəkə hesablarının təhlükəsizliyi baxımından ediləcək hər hansı bir fəaliyyət olmadığına görə, gözləyərək daha sonra baş verənlərə uyğun qərar qəbul etmək mümkündür”.

İsmayıl Bakuvi

www.yenicag.az

431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv