!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sosial şəbəkələrin TEATRLARA TƏSİRİ: Aktyor səbəbləri AÇIQLADI

!Reklam – Yazi

“Sosial şəbəkələrdə daha çox vaxt keçirənlər teatrın gözəlliyindən xəbərsiz olduqları üçün tamaşalara baxmağa getmirlər”.

Bunu Yenicag.az-a açıqlamasında Bakı Bələdiyyə Teatrının aktyoru Tural Əhməd “Son vaxtlar teatrlara marağın azalmasını insanların sosial şəbəkələrdə daha çox vaxt keçirməsi ilə əlaqələndirirlər. Həqiqətənmi tamaşaçını teatrlardan qaçaq salan ən böyük amil sosial şəbəkələrdir?” sualını cavablandırarkən deyib.

Aktyor teatrlara olan tamaşaçı marağının zaman-zaman “50-50”yə olduğunu bildirib:

“Teatrlara olan maraq həmişə 50-50-yə olub. O vaxtlar sosial şəbəkələr olmadığına görə daha çox teatr izləyicisi ola bilərdi, amma bu gün də teatrı sevənlər və tamaşalara baxmağa gələnlər var. Teatra maraq sevgidən, istəkdən doğur. Sevən tamaşaçı həmişə teatra gəlir və tamaşaları sevə-sevə izləyir”.

Aktyor internetin də təsinin az olmadığını vurğulayıb:

“İnternetin də təsiri az deyil. Sosial şəbəkələrdə daha çox vaxt keçirənlər teatrın gözəlliyindən xəbərsiz olduqları üçün tamaşalara baxmağa getmirlər. Ancaq əminliklə deyə bilərəm ki, bir dəfə tamaşaya gəlib baxan adam, ikinci dəfə də tamaşaya gəlmək istəyir”.

Cəvahir

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv