!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial yardımlar nə vaxt veriləcək? - Rəsmi AÇIQLAMA

!Reklam – Yazi

Sosial şəbəkələrdə dekabr ayının sosial ödənişlərinin verilməsindən gecikmələrin yaşanması barədə xəbərlər yayılıb. 

Yenicag.az xəbər verir ki, Modern.az məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdiliyə müraciət edib.

O, sorğumuza cavab olaraq bildirib ki, hər ay sosial ödənişlərin köçürülməsi tarixi əvvəlcədən tərtib olunmuş qrafik əsasında həyata keçirilir:

“Bildiyiniz kimi, həmin qrafik əsasında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımın ödənişi ay bitməmiş vətəndaşların hesablarına köçürülür. Bu ayın sosial ödənişlərinin ödənilməsində də hər hansı bir gecikmə olmayıb və yoxdur”.

Rəşad Mehdili qeyd edib ki, ay bitməmiş Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə noyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.

“Digər sosial ödənişlərin də ay bitmədən yekunlaşdırılması nəzərdə tutulub”, – o vurğulayıb.

www.yenicag.az

161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv