!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şotlandiyada 170 milyon il əvvəl yaşamış pterozavr növü aşkar edildi

!Reklam – Yazi

Şotlandiyanın Skay adasında yeni pterozavr növü aşkar edilib.

Yenicag.az xəbər verir ki, Təbiət Tarixi Muzeyinin tədqiqatçısı, professor Paul Barret pterozavrın yaxın həmcinslərinin Çində yaşadığını qeyd edərək, bu kəşfin “tam sürpriz” olduğunu bildirib.

Paleontoloqlar 2006-cı ildə adanın cənub-qərb sahilində yerləşən Elqolda səfər zamanı daşlaşmış qalıqlar aşkar ediblər. Həmin vaxtdan etibarən sümüklərin bənzərini yaratmaq üçün illər sərf olunub. Skeletin natamam olmasına baxmayaraq, tədqiqatçılar onun pterozavrların təkamül tarixi və müxtəlifliyi haqqında əsas təsəvvür yaratdığını bildiriblər.

Pterozavrlar bəzən “pterodactyls” növü kimi qeyd olunur. Lakin “pterodactyls” əslində pterozavr növünə daxildir.

Alimlər yeni pterozavr növünün “Darvinoptera” kimi tanınan qrupa aid olduğunu və daşlaşmış qalıqların Çində də tapıldığını qeyd ediblər.

“Pterozavr düşündüyümüzdən çox tez ortaya çıxdı və tez bir zamanda, demək olar ki, bütün dünyada yayıldı”, – deyə professor Barret bildirib.

www.yenicag.az

435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv