!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şotlandiyanın ilk müsəlman baş naziri istefa verməyə hazırlaşır

!Reklam – Yazi

Şotlandiyanın regional baş naziri və Şotlandiya Milli Partiyasının (SNP) lideri Həmzə Yusifin bu həftə keçirilməsi gözlənilən etimad səsverməsindən kifayət qədər dəstək ala bilməyəcəyi səbəbiylə istefaya hazırlaşdığı iddia edilib.

Yenicag.az xəbər verir ki, “The Times” qəzetinin məlumatına görə, Yusuf tutduğu vəzifənin artıq davamlı olmadığı qənaətinə gələrək istefa verməyə hazırlaşır.

Məlumatda SNP-nin yüksək səviyyəli üzvlərinə “Yusuf bu həftəki etimad səsverməsində vəzifədə qalmasının mümkün olmadığına və bu gün istefa verə biləcəyinə qərar verdi” deyildiyi iddia edilib.

Yusufun istefa verəcəyi iddiası keçən həftənin cümə axşamı günü partiyası, SNP və Şotlandiya Yaşıllar Partiyası arasında güc bölgüsü sazişi bağladıqlarının elanından sonra ortaya çıxıb.

SNP və Şotlandiya Yaşıllar Partiyası emissiya hədəfləri ilə bağlı fikir ayrılığından sonra 3 ildir davam edən koalisiyanı pozmağa qərar verib.

Yusuf bu həftə iki etimadsızlıq səsi ilə üzləşə bilər, biri öz partiyasında, digəri isə hökumətdə.

Həmzə Yusuf Şotlandiyanın Yaşıllar Partiyası ilə güc paylaşımı razılaşmasının sona çatmasından sonra verdiyi açıqlamada etimad səsini qazanacağını düşündüyünü və istefa verməyi planlaşdırmadığını bildirib.

2023-cü il martın 27-də Şotlandiyanın keçmiş regional baş naziri və SNP lideri Nikola Sturgeonun istefasından sonra başlayan liderlik yarışında qalib gələn Yusuf iki gün sonra and içərək vəzifəsinin icrasına martın 29-da rəsmi olaraq başlayı və Şotlandiyanın ilk müsəlman baş naziri olub.

Həmzə Yusufun atası pakistanlı olub və 1960-cı illərdə Şotlandiyaya mühacirət edib, anası isə Keniyada Cənubi Asiya əsilli ailədə doğulub.

www.yenicag.az

127
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv