!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sovet izlərinin MƏHVİ: “Xilaskar ordu”nun abidəsi sökülür – KAMPANİYA

!Reklam – Yazi

Latviyanın paytaxtı Riqada “xilaskar” Sovet ordusuna ucaldılmış abidənin sökülməsi üçün kampaniya keçirilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “v4.maija deklarācijas klubs” təşkilatının keçirdiyi kampaniya iştirakçıları sözügedən abidənin sökülməsi üçün 100 min avro toplayıblar.

Məlumata görə, bir gün ərzində kampaniyaya 6 min 200 nəfər qatılıb və qeyd olunan məbləğ də onların etdiyi ianələrdən formalaşıb.

Kampaniyanın təşkilatçıları əsas məqsədlərinin Riqanı işğal və repressiya rəmzi olan həmin abidədən xilas etməkdir:

“Biz təcavüzə diqqət yetirməməliyik, evimizdə, Latviyanın paytaxtında təcavüzün olmasına yol verməməliyik. Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizə apardığı bir vaxtda Latviyada provakasiyalar və nifrətin alovlandırılması yolverilməzdir”.

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv