!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Sovetski"nin gözlənilən SÖKÜNTÜSÜ: "Bu, sahibkarların vəsaiti hesabına baş tutur" - ŞƏRH

!Reklam – Yazi

“Vətəndaş müstəqil qiymətləndiriciyə müraciət edə və həmin ərazinin bazar qiymətini dəqiqləşdirə bilər”.

Bu sözləri cari ilin sonuna kimi “Sovetski” məhəlləsinin söküləcəyi ilə bağlı cəmiyyətdə gedən müzakirələrə münasibət bildirən əmlak eksperti Ramil Qasımzadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, “Sovetski” ilə yanaşı, “Papanin”, “Xutor” və “Kubinka” kimi ərazilərdə söküntü işlərinin aparılması sahibkarlardan asılıdır. Çünki bu ərazilərdə tikinti işləri artıq dövlətin funksiyasında deyil:

“Ötən illərdən bəri “Sovetski” məhəlləsinin sökülməsi ilə bağlı plan mövcuddur. Hətta 2010-cu ildən etibarən, həmin məhəllənin bir hissəsi sökülüb və ərazidə bağ salınıb. Bu işlər dövlət hesabına həyata keçirildi. Hazırda isə söküntü işləri sahibkarların vəsaiti hesabına baş tutur.

Mövcud plana əsasən, “Sovetski”, “Papanin”, “Xutor” və “Kubinka” kimi əraziləridə söküntü işlərinin aparılması üçün hər bir sahibkar tikəcəyi evin layihəsini Bakı Şəhər İcra Hakimiyyətinə, Şəhərsalma və Arxitektura Komitəsinə təqdim etməklə, torpaq sahəsi alır.

Ərazi xüsusi mülkiyyətə keçəndən sonra müvafiq qurumların razılığı ilə sahibkar tikinti işlərini həyata keçirə bilər. Sahibkarlar ərazini alarkən, oradakı tikililərin və torpaq sahələrinin bazar qiymətinə əsasən alqı-satqı işləri həyata keçirilir.

Əvvəllər bir kvadrat metr 1500 manat təşkil edirdisə, son vaxtlar “Kubinka” ərazisində söküntü işlərinin aparılması üçün sahibkarlar tərəfindən sakinlərə bir kvadrat metr üçün 2000 manatdan yuxarı kompensasiya ödənilib. Yəni sahibkar bazarın tələbinə uyğun qiymətləndirmə aparır və kompensasiya ödəyir. Düzdür, bəzi sakinlər bu durumdan narazılıq edirlər. Bu halda vətəndaş müstəqil qiymətləndiriciyə müraciət edə və həmin ərazinin bazar qiymətini dəqiqləşdirə bilər”.

Gülşən Şərif

www.yenicag.az

1135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv