!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Soydaşlarımız Trampın mitinqində Azərbaycan həqiqətlərini çatdırıblar - FOTO/VİDEO

!Reklam – Yazi

Oktyabrın 21-də ABŞ prezidenti Donald Trampın ölkədə yaxınlaşan prezident seçkisi ilə əlaqədar Şimali Karolina ştatında keçirdiyi möhtəşəm mitinqdə Amerikada yaşayan bir qrup soydaşımız da iştirak edib.

Bu barədə Yenicag.az-a həmin mitinqdə iştirak edən soydaşımız Zaur Bayramlı məlumat verib.

Onun sözlərinə görə, mitinqə qatılmaqda əsas məqsəd orada Azərbaycan bayraqları və plakatlar qaldıraraq, Azərbaycan həqiqətlərini və ermənilərin Azərbaycanda xüsusilə, mülki vətəndaşlara qarşı törətdikləri hərbi cinayətləri mitinq iştirakçılarına çatdırmaq olub. Soydaşlarımız təqribən 50 min nəfərin iştirakı ilə keçirilən izdihamlı mitinqdə bu məqsədə nail olublar.

Belə ki, çox sayda amerikalılar Azərbaycan bayraqlarını və plakatları gördükdə onlara yaxınlaşaraq suallar verib, dəstəklərini ifadə edib və şəkillər çəkdiriblər.

Diaspora fəalı Heydər Allahverdi fürsətdən istifadə edərək “Netflix” kanalına və mitinqdə iştirak edən Yaponiya televiziyasının müxbirinə müsahibə verərək erməni təcavüzü nəticəsində ölkəmizin qarşılaşdığı çoxsaylı problemlərlə bağlı onları məlumatlandırıb.

www.yenicag.az

763
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv