!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Soyqırımı bizim də günahımızdır” – Erməni deputat

!Reklam – Yazi

“Soyqırımı bizim də günahımızdır”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Xaçatur Sukiasyan bu gün, fevralın 8-də jurnalistlərlə söhbətində deyib.

O, Ermənistanın “soyqırımı”nın tanınmasını tələb etməkdən imtina edib-etmədiyi sualını cavablandırıb.

“Soyqırımından kim imtina edir? Əvvəla, həyata keçirilən soyqırım dünyanın ən utanc verici hadisəsidir ki, biz erməniləri bu dərəcədə qıra biliblər.

Bizim də günahımız var ki, necə təşkilatlanmağı, bir yerdə qalmağı bilmirik.

Bu, bizim üçün dərs olmalıdır. Ağlamaq üçün deyil, güclü olmağımız üçün dərs olmalıdır. Gələcəkdə nəsillərimiz heç vaxt belə vəziyyətə düşməməsi üçün ağlaya-ağlaya gəzməməliyik. Mənə lazım deyil, mənə güclü olmaq lazımdır”, – Sukiasyan bildirib.

Onun sözlərinə görə, “soyqırımı”nın tanınması siyasi ticarətdir.

“Bizə güclü dövlət lazımdır. Siyasi problemi olanda başqa dövlətlər bunu etiraf edir”, – Sukiasyan əlavə edib.

Xuraman Etibarlı

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv