!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şoyqu Kim Çen İna Putinin hədiyyəsini təqdim etdi

!Reklam – Yazi

Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu KXDR-in paytaxtı Pxenyanda keçirilən Koreya müharibəsinin başa çatmasının 70-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirak edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb. Agentliyin məlumatına görə, parada Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib.

Qeyd olunub ki, Şoyqunun başçılıq etdiyi Rusiya nümayəndə heyəti əsas meydanda “Xvason-17” və “Xvason-18” qitələrarası ballistik raketlərin paradını izləyib. Parad çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) nümayiş uçuşu da keçirilib.

“Paraddan sonra Kim Çen In Rusiya hərbi nümayəndə heyətinin şərəfinə ziyafət təşkil edib. Radiostansiyanın məlumatına görə, qəbul başlamazdan əvvəl Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Kim Çen İna Rusiya Federasiyasının prezidenti Vladimir Putinin hədiyyəsini təqdim edib. Kim Çen In prezident Putinin göndərdiyi əhəmiyyətli hədiyyəyə görə minnətdarlığını bildirib”, – agentlik bildirib.

www.yenicag.az

277
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv