!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şoyqu martın 11-dən "yoxa çıxıb" - Kreml harada olduğunu AÇIQLADI / YENİLƏNDİ

!Reklam – Yazi

“Müdafiə naziri Sergey Şoyqunun indi çox narahatlığı var. Xüsusi hərbi əməliyyat gedir”.

Bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Təbii ki, indi medianın fəaliyyəti üçün o qədər də vaxtı yoxdur, bu, tamamilə başa düşüləndir”, – o, Şoyqu ilə bağlı danışarkən deyib.

Qeyd edək ki, son günlər Rusiyanın müdafiə naziri Sergey Şoyqunun media qarşısına çıxmaması müzakirələrə səbəb olub.

***

Rusiyada Vladimir Putinin ən yaxınlarından biri olan Rusiya müdafiə naziri Sergey Şoyqunun martın 11-dən görünməməsi gündəm olub.

Sfera.az xəbər verir ki, bu barədə “Deyli Star” məlumat yayıb.

“Rusiyalı jurnalistlər Şoyqunun yoxa çıxmasından danışır. Nazir martın 11-dən görünmür, halbuki o, hər zaman media ilə aktiv münasibətdə olan siyasətçidir. Səhhəti yaxşı olmaya, ürəyində problemlər ola bilər”, – məlumatda bildirilir.

Yerli mənbələrin məlumatına görə, 72 saat ərzində ələ keçirmək planının baş tutmamasının ən böyük səbəbi kimi Ukraynadakı hərbi əməliyyatlara rəhbərlik edən Şoyqunun taktikası göstərilir. Rusiyanın yüksək səviyyəli generallarının öldürülməsi də bu uğursuzluğun tərkib hissəsi kimi qiymətləndirilir.

Qəzetə danışan mənbə, “ABŞ və İngiltərə kəşfiyyatının Rusiya ordusunun hərəkətlərini hər zaman bilməsi, onun üçün olduqca pis vəziyyətdir” – deyərək Şoyqunun iştirak etməməsinin bu uğursuzluqla bağlı ola biləcəyini iddia edib.

www.yenicag.az

403
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv