!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Soyuq İran-Rusiya münasibətlərinin Azərbaycana təsiri: "Tehran çox narahatdır"

!Reklam – Yazi

“Proseslər Qarabağa təsirsiz ötüşməyəcək. Rusiya İranın Cənubi Qafqaza müdaxiləsini qəbul etmir və bunu hər vəchlə göstərir. İran isə bundan çox narahatdır”.

Bunu hazırda gərgin olan İran-Rusiya münasibətlərinin Qarabağdakı proseslərə təsirindən danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, İran-Rusiya münasibətlərində soyuqluğun səbəblərindən biri də məhz Qarabağ məsələsidir:

“Rəsmi Moskva Tehranın Cənubi Qafqazda baş verən proseslərdə iştirakını qəbul etmir. Buna görə də tərəflər arasında elə əvvəldən soyuqluq mövcuddur.

Hazırkı soyuqluğun səbəbindən biri də körfəz ölkələri ilə bağlıdır. İranla BƏƏ arasında mübahisəli adalar var. Rusiyanın həmin adaların BƏƏ-yə məxsus olduğunu qeyd etməsi ilə tərəflər arasında soyuqluq artdı.

Təbii ki, bu proseslər Qarabağa təsirsiz ötüşməyəcək. Rusiya İranın Cənubi Qafqaza müdaxiləsini qəbul etmir və bunu hər vəchlə göstərir. İran isə bundan çox narahatdır.

İran Rusiyanın başının Ukraynada qarışmasından istifadə edərək, bir müddət Cənubi Qafqazda təsir dairəsini genişləndirməyə çalışdı. Ancaq həm Azərbaycanın, həm də Rusiyanın pərdəarxası reaksiyası fonunda İran geri addım atmalı oldu.

Bu gün isə İranın Azərbaycanla münasibətləri normaya salmaq istədiyini müşahidə edirik. Cənub qonşumuz hərbə-zorbalıqla istədiyini əldə edə bilməyəcəyini anladı.Azərbaycan İran-Rusiya münasibətlərinin soyuqlaşmasından çox yaxşı istifadə etdi.

İran XİN rəhbəri Hüseyn Əmir-Abdullahian ilə Rusiya XİN rəhbəri Sergey Lavrov arasında tez-tez görüşlər keçirilir. Görüşlər çərçivəsində müzakirə mövzusu Cənubi Qafqaz məsələləri olur.

Rusiya tərəfi heç vaxt bu məsələlərdə İranı yaxına buraxmır. Bu da İranı narahat edir. Azərbaycan isə İranın regiondan uzaq tutulmasında Rusiyadan istifadə edir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

602
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv