!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Söz verdim ki, bunu bir də etməyəcəm” - Samira nəyi ETİRAF ETDİ?

!Reklam – Yazi

“Əgər bu musiqiləri ifa edəndə özümü rahat hiss etmirəmsə, niyə o mahnıları oxumalıyam?”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Samira Ali Məryəm efirdə deyib. Sənətçi bəzi məqamlarda ifa tərzindən kənara çıxdığını və buna görə sonradan çox peşman olduğunu dilə gətirib:

“Konsert səhnəsi başqa, şou proqramlar başqa. Çünki insanlar şou proqramlara rəqs etmək, əylənmək məqsədi ilə gəlir. Bunu nəzərə alaraq bir müddət repertuarımda dəyişikliklər etdim. Əvvəllər heç vaxt ifa etmədiyim “6-8”lik mahnılar oxudum. Çünki bunu məndən şou proqramlara gələn insanlar, tamaşaçılar tələb edirdi. Amma sonra öz-özümə dedim ki, axı mən bu deyiləm. Mənim öz repertuarım, ifa tərzim, oxuduğum mahnılar var. Əgər bu musiqiləri ifa edəndə özümü rahat hiss etmirəmsə, niyə də oxumalıyam? Özümə söz verdim və başladım yenə də öz repertuarımda olan musiqiləri oxumağa. Söz verdim deyirəm. Belə bir deyim də var ki, heç vaxt heç vaxt demə. Amma öz tərzimdə oxumağı qarşıma məqsəd kimi qoydum. Arada da dünya musiqisinə və öz sənətkarlarımızın repertuarına müraciət edirəm. Demirəm, bu musiqiləri nə dərəcədə məharətlə oxuyuram. Bu, özündənrazılıq kimi çıxar. Amma bacardığım bir işdir. Mən öz tərzimdə ifa edəndə rahat oluram”.

Cəvahir

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv