!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sözlərinə diqqət elə” - Xalq artistindən İSMARIŞ

!Reklam – Yazi

“Ağzından çıxan söz nədirsə, sən osan. Sözlərinə diqqət et…”

Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Mehriban Zəki sosial şəbəkə hesabında yazıb.

Aktrisa sərt paylaşımı ilə diqqət çəkib:

“Bu dünyada heç nə əbədi deyil. Sən də deyilsən. Bunu anlamağa İlahidən sənə ağıl verilibsə, bir kimsənin xətrinə dəyməzsən. Sənə verilən ömrü pay da görə bilərsən, əzab da. Bu ömürdə sevgi də tapa bilərsən, kin-küdurət də. Amma bir şey var. Sevgi istəyirsənsə, sevməyi bacarmalısan. Bu dünyada nəyi verirsənsə, onu da alırsan. Ağzından çıxan söz nədirsə, sən osan. Sözlərinə diqqət et”.

Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-də məşhur prodüser Oqtay Əliyevin ölümü ilə nəticələnən avtomobil qəzası nəticəsində xəsarət alıb. Aktrisa səhhətinin yavaş-yavaş düzəldiyini bildirib.

Cəvahir

www.yenicag.az

348
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv