!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Space tv-dən möhtəşəm addım - FOTO

!Reklam – Yazi

30 illik ayrılıqdan sonra Qarabağ atlarının Ağdama yürüşü təşkil edildi. Bu missiyanı “Space” tv reallaşdırdı. Milli mənəvi dəyərlərimizin təbliği məqsədi ilə böyük heyətlə Ağdama yollanan Space tv-nin yaradıcı heyəti Ağdamda rangərəng layihələrə imza atdı. İlk olaraq Ağcəbədi rayonunda saxlanılan Qarabağ atlarının Ağdama yürüşü təşkil edildi ki, bu yerli sakinlərin böyük marağına səbəb oldu.

Ağcəbədidən başlanan yürüş Ağdamda Muğam mərkəzinin qarşısında xalq tərəfindən bayram əhval ruhiyyəsi ilə qarşılanıb, daha sonra Ağdam şəhərinin xarabalıqlarından keçərək Şahbulaq qalasına yürüş edildi. Məhz Şahbulağın seçilməsi isə təsadüf deyildi.

Ağdam işğal olunandan sonra erməni işğalçıları hər il yeni ili Şahbulaqda qeyd etməklə güya ermənilərin Qarabağda ilk olaraq Şahbulaqda məskunlaşma fikrini formalaşdırmağa çalışırdılar. Bu gün “Space” televizizyası Şahbulaqda Novruz bayramını keçirməklə haqqın, ədalətin bərpa olunduğunu nümayiş etdirdilər. Bunu da qeyd edək ki, yürüşdən sonra böyük konsert proqramı keçirilib. Tədbirdə Azərbaycanın tanınmış xalq artistlərinin sənətçilərin, demək olar, hamısı iştirak edib.

Möhtəşəm konserti Bayram günlərində Space tv-nin efirində görə biləcəksiniz.

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv