!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Space”dən qərbi azərbaycanlılarla bağlı film…

!Reklam – Yazi

“Space” televiziyası növbəti tarixi layihəyə imza atdı. Milli mənəvi dəyərlərimizin qorunması, tariximizin keçmişini əks etdirəcək layihə “Yurd yeri” adlanır.

3 dəqiqə olmaqla 300 bölmədən ibarət sənədli film bir zamanlar azərbaycanlıların Qərbi Azərbaycanda yaşadıqları ocaq yerlərinə, Vətən dedikləri el-obalarına həsr olunub .

“Space” TV-dən Musavat.com-a verilən məlumata görə, filmdə məqsəd azərbaycanlıların bir zamanlar yaşadıqları kəndlərin əsl adlarını, tarixini bir daha tamaşaçılara çatdırmaqdır. Hazırlanan filmin ideyası bu kəndlərdən azərbaycalıların faciəvi şəkildə zorla qovulmaları tarixi faktlarla gündəmə gətiriləcək. Bu faktları hadysələrin canlı şahidləri , kənd sakinlərinin özləri danışacaq. Xatırladaq ki, “Yurd yeri” filmi 1988-ci illərdə baş verən böyük köçü əhatə edəcək.

Bu ideya cənab prezidenti , Ali Baş komandan İlham Əliyevin “bizim qədim yurd yerimiz olan Zəngəzur,Göyçə mahalınlının tarixi öyrənilməli, bununla bağlı kitablar yazılmalı, filmlər çəkilməlidir” çağırışından qanadlanıb.

Filmi tezliklə “Space” tv-də izləyə biləcəksiniz.

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv