!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"SpaceX"dən hakerlərə inanılmaz TƏKLİF - Bunu edənlərə 25 min dollar ödəyəcək

!Reklam – Yazi

“SpaceX” şirkəti “Starlink” peyk sistemlərini “hack”layan şəxləri mükafatlandıracaq.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət bununla bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, tədqiqatçılar sistemlə bağlı problemləri üzə çıxarsa, o şəxslərə 25 min dollar ödəyəcəyik.

Qeyd edək ki, tədqiqatçı Lennert Vouters keçən həftə 25 dollarlıq evdə hazırlanmış cihazdan istifadə edərək “Starlink”ə daxil ola bildiyini açıqlamışdı. Şirkət bu halın ilk dəfə baş verdiyi, problemin aradan qaldırıldığı barədə açıqlama yayıb.

Həmçinin şirkətin yaydığı sənəddə bildirilib ki, şirkətin öz mühəndisləri xidməti təkmilləşdirmək və onu daha təhlükəsiz etmək üçün hər zaman “Starlink”i “hack” etməyə çalışırlar, boşluqları aşkar edənlərə isə pul mükafatları veririk.

www.yenicag.az

393
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv