!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"S&P"dən ZƏRBƏ - İsveçrənin ikinci ən böyük bankı müflisləşir

!Reklam – Yazi

İsveçrənin “Credit Suisse” bankına müştərilərinin inamı azalmaqda davam edir.

Yenicag.az “Sabah”a istinadən bildirir ki, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin İsveçrənin “Credit Suisse” bankının uzunmüddətli kredit reytinqini bir pillə aşağı salması nəticəsində müştərilər öz pullarını geri çəkməyə başlayıblar.

Xüsusilə də milyarder adlarının, o cümlədən Asiya və Yaxın Şərqdəki zəngin ailələrin bankda sərvətlərini riskə atmaq istəmədikləri üçün pullarını geri çəkməsi müşahidə olunur. Məlumata görə, bank 4,5 milyard frank civarında kapital fərqini aradan qaldırmaq üçün bəzi hissələrini satmağa hazırlaşır. Digər tərəfdən, strateji yenidənqurma proqramının başlanmasına iki həftədən az vaxt qalmış rəhbərlər qrupun 50 000 əməkdaşından 6 min nəfərini işdən çıxarmağa hazırlaşır.

Qeyd edək ki, bank son illərdə bir sıra qalmaqallar və hüquqi araşdırmalardan ağır zərbə alıb. “Credit Suisse” varlı müştəriləri İsveçrəyə cəlb etməklə çirkli pulların yuyulması qanunlarını pozmaqda ittiham edilməməsi üçün Fransaya 238 milyon avro ödəməyə razılaşıb. Fransa ilə “Credit Suisse” bankı arasındakı bu müqavilədə Fransanın yeni hüquqi infrastrukturundan istifadə edilir və İsveçrə bankına illərlə məhkəmə proseslərindən yayınmağa imkan verir.

Gülşən

www.yenicag.az

397
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv