!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Spikerin qardaşının həyat yoldaşı HƏBS OLUNACAQ - FOTO

!Reklam – Yazi

Spikerin qardaşının həyat yoldaşının həbsi üçün məhkəməyə vəsatət verilib.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşının həyat yoldaşının həbsi ilə bağlı vəsatət məhkəməyə təqdim olunub.

Həbsin hansı maddənin altında olduğu hələ məlum deyil.

Sadəcə məlumdur ki, vəsatət İqtisadiyyat Nazirliyində aparılan axtarış və həbs prosesi çərçivəsində verilib.

Bundan əvvəl İstintaq Komitəsi məlumat yayıb ki, İqtisadiyyat Nazirliyinin məsul şəxsləri keçirilən müsabiqədə müəyyən səhmdar cəmiyyətin direktoru və işçilərinin köməkliyi və təşviqi ilə digər şirkətlərin iştirakına mane olan şərait yaradıb, faktiki olaraq onları iştirakdan kənarlaşdırıb.

Nəticədə 3 dəfə baha – 392 milyondan çox vəsait təqdim edən şirkət qalib olub. Bu hərəkətlər nəticəsində müsabiqədə iştirak edən fondun hüquq və qanuni mənafeləri pozulub, dövlətə külli miqdarda ziyan vurulub.. Dünən Milli Təhlükəsizlik Xidməti 6 nəfəri saxlayıb.

Digər cinayət işi intensiv bağların yaradılmasına dövlət dəstəyi proqramında iştirakla bağlı dələduzluqla bağlıdır. Bu iş çərçivəsində İqtisadiyyat Nazirliyinin məmuru saxlanılıb.

Xuraman Etibarlı

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv