!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Spirtli içkilər bazarında saxta məhsulların “HEGEMONLUĞU”: “İstehsal və son istifadə tarixi göstərilməyən...”

!Reklam – Yazi

“Bölgələrimizdə yaşayan vətəndaşlardan saxta içkilərin necə müəyyənləşdirilməsi ilə bağlı suallar daxil olur”.

Bu fikirləri spirtli içkilər bazarında saxta məhsulların çoxalması haqda danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, digər məhsullar kimi, spirtli içkilərin üzərində də son istifadə tarixi qeyd olunmalıdır:

“Spirtli içkilər bazarında vəziyyət heç də ürəkaçan deyil. Xatırladım ki, beş il bundan öncə Daxili İşlər Nazirliyinin müvafiq idarəsi spirtli içkilər bazarındakı vəziyyəti tam ciddiliyi ilə ortaya çıxarmışdı. Bununla bağlı məlumatda qeyd olunurdu ki, ən nüfüzlu restoran və kafelərdə belə müştərilərə təklif olunan çox bahalı brend içkilər də əslində, saxta məhsullardır.

Təəssüf ki, mövcud vəziyyət də demək olar, eynidir. Az qala hər həftə bölgələrimizdə yaşayan vətəndaşlardan saxta içkilərin necə müəyyənləşdirilməsi ilə bağlı suallar daxil olur. Spirtli içkilərin də üzərində istehsal və son istifadə tarixi göstərilməlidir. Yəni araqlar bir, konyaklar üç, şərablar isə altı aydan artıq saxlanılmamalıdır.

Lakin biz monitorinq aparsaq görərik ki, xaricdən gətirilən içkilərin üzərində bu tarixlər qeyd olunmur. Amerika kimi imkişaf etmiş ölkədə yalnız içkinin istehsal tarixi göstərilir. Spirtli içkilər yalnız xüsusi qablaşdırıldığı təqdirdə uzun müddət saxlanıla bilər.

Mən 8 il öncə Fransanın şərab zavodunda olmuşam. Biz zavodun zirzəmisinə daxil olduqda, oradakı şərabların xüsusi qablarda və müəyyən tempraturda saxlanıldığının şahidi olduq. Bununla belə, ən inkişaf etmiş ölkələrdə belə istehlakçıların aldadıldığını görmüşəm”.

Ekspert onu da əlavə edib ki, vətəndaşlar üzərində saxta aksiz markası olan məhsullardan imtina etməlidir. Spirtli içkilərlə yanaşı, tütün məhsullarının üzərində də aksiz markası olur.

Alıcılar məhsul alan zaman mütləq bu detala diqqət yetirməlidirlər: saxta aksiz markasının üzərində Azərbaycanın Dövlət gerbi olmur. Həmçinin ev şəraitində hazırlanan tut, əncir və başqa meyvə araqlarının tərkibində zərərli maddələr olur. Belə içkilər hətta insanın görmə qabiliyyətini itirməsinə də gətirib çıxara bilər.

İsmayıl Bakuvi

www.yenicag.az

1785
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv