!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Sponsorluq edən yoxdur, ona görə təklif edirlər, onlar da məcburdurlar..." — AÇIQLAMA

!Reklam – Yazi

Bir müddət öncə bəzi tanınmış idmançıların qanunsuz idman mərc oyunlarını dəstəkləməyə başlaması, müxtəlif operatorların səfirləri elan olunmaları, reklam etmələri ilə bağlı məlumatlar yayıldı.

İctimaiyyətdə yaranan narazılıqlar və məsələnin mediada işıqlandırılmasından sonra müvafiq qurumların gördüyü tədbirlər nəticəsində qanunsuz idman mərc operatorları olan Mostbet və 1xBet-i reklam edən bəzi şəxslər cəzalandırıldı. İdmançıların səhifələrində olan reklamlar da yığışdırılıb. Bu da müsbət haldır. Qanunsuz mərc oyunlarının təbliği ilə bağlı xaricdən gələn təkliflərə idman sahəsinin bütün tanınmış simaları qarşı çıxmalıdır.

Peşəkar məşqçi Ruslan Əfəndiyev Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib:

“Sponsorluq edən yoxdur, ona görə təklif edirlər, onlar da məcburdurlar, nə edə bilərlər. Azərbaycanda heç kim sponsoruluq etmək istəmir. Vergidən yayınma halları barədə dəqiq nəsə deyə bilmərəm, amma hələki, bizdə belə bir şey olmayıb. Bizə təklif gəldi, kuratorumuzla məsləhətləşdik, nazirlikdən icazə verilmədi, biz də etmədik”.

www.yenicag.az

180
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv