!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SQ-dən təxris olunanlar arasında anonim sorğu keçirildi - Dəyirmi masa

!Reklam – Yazi

Silahlı Qüvvələrdə müddətli xidmət keçib təxris olunan şəxslər arasında aparılan anonim sorğunun nəticələri ilə bağlı dəyirmi masa keçirilib.

Yenicag.az xəbər verir ki, beynəlxalq müstəvidə tanınmış və etimad göstərilən azsaylı konfliktoloqlardan olan Elxan Mehdiyevin təşkilatçılığı ilə keçirilən dəyirmi masada ölkənin tanınmış hərbi və təhlükəsizlik ekspertləri, hərbi jurnalistlər və bloqçular iştirak ediblər.

Tədbir beynəlxalq təhlükəsizlik sektoru, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq kontekstində qiymətləndirmə aparılıb.

Silahlı Qüvvələrdə müddətli xidmət keçib təxris olunan şəxslər arasında aparılan anonim sorğu olduqca maraqlı məqamları aydınlaşdırıb. Cəmiyyətdəki sosial bərabərsizliyin, hüquqlara münasibətin, ədalətli araşdırma və qərar qəbuletmənin, əsgər-əsgər və əsgər-zabit münasibətlərinin real vəziyyəti ilə bağlı olduqca önəmli tədqiqatdır. Əsgərlərin orduda özünüifadə imkanları, ailələri və mülki həyatla əlaqələri, qidalanması, tibbi müəyinəsi, psixoloji vəziyyəti və bir sıra vacib məqamlar beynəlxalq metodologiya və standartlarla öyrənilib.

Habelə tədbirdə təhlükəsizlik sektorunda ən yaxşı praktikaların öyrənilməsi və tətbiqində üzə çıxa biləcək obyektiv və subyektiv problemləri müzakirə olunub.

Təhlükəsizlik orqanlarına yüksək səviyyədə və etibarlı mülki və ictimai nəzarət olmadıqda yarana biləcək təhlükələrə diqqət çəkilib. Vaxtilə yüksək hərbi vəzifələr daşıyan zabitlərin öz təcrübələrində rast gəldikləri məsələlərlə müqayisəli təhlillər aparılıb.

Sonda toplantının yekun nəticələri, ideya və təkliflərin müvafiq dövlət qurumlarına göndərilməsi qərar alınıb.

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv