!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Сroсus” terroru ilə əlaqədar Tacikistanda doqquz nəfər saxlanıldı

!Reklam – Yazi

Tacikistanın xüsusi xidmət orqanları Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında terror aktını törətməkdə şübhəli bilinən şəxslərlə əlaqəsi olduğunu güman etdiyi doqquz nəfəri saxlayıb.

Bu barədə “RİA Novosti” öz mənbəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, şübhəlilər Düşənbə ətrafında yaşayıblar.

Əlavə təfərrüat açıqlanmır.

Xatırladaq ki, martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 382 nəfər yaralanıb, 143 nəfər həlak olub. Terrorçular tezliklə ələ keçiblər.

Martın 24-dən 26-na kimi məhkəmə “Krokus” terror aktı işi üzrə səkkiz müttəhimi həbsə göndərib. Onların arasında terror aktını törədən dörd nəfər – Dalercon Mirzoyev, Saidakram Racabalizoda, Şamsidin Fariduni və Muhammadsobir Fayzov var. Həmçinin, terrorçulara mənzil və avtomobil verən İsrail İslamov və onun iki oğlu istintaq təcridxanasındadırlar, yaraqlılara mənzil kirayə verən Əlişir Kasımov isə həbs edilib.

Bundan əvvəl Moskva İctimai Monitorinq Komitəsi məhkəmə tərəfindən təqsirli bilindikdən sonra terrorçuları nə dərəcədə ağır həbs şəraiti gözlədiyini açıqlamışdı.

www.yenicag.az

114
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv