!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şimali Koreya Rusiyaya daha çox silah göndərib, nəinki Avropa İttifaqı Ukraynaya” – Litvalı nazir

!Reklam – Yazi

“Qəhrəman ukraynalıların cəbhədə həlak olduğu vaxtda biz avtomobillərin işıqları qarşısında donub qalmağa son qoymalıyıq”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Qərb koalisiyasının Ukraynaya hərbi yardımları artırmasının vacibliyindən danışan Litvanın xarici işlər naziri Qabrielyus Landsberqis deyib.

O, Avropa İttifaqını (Aİ) Ukraynaya vəd olunan hərbi yardımları vaxtında ünvana çatdırmağa çağırıb:

“Avropa İttifaqı Ukraynaya milyon ədəd artilleriya sursatı göndərməyi vəd edib. Ancaq hələlik Ukraynaya cəmi 300 min ədəd göndərilib.

Yeri gəlmişkən, Şimali Koreya Rusiyaya 350 min ədəd sursat göndərib. Avropa İttifaqının Ukraynaya hərbi yardımları artırmaq üçün imkanları var.

Qəhrəman ukraynalıların cəbhədə həlak olduğu vaxtda biz avtomobillərin işıqları qarşısında donub qalmağa son qoymalıyıq”.

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv