!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SSRİ bərpa olunur?

!Reklam – Yazi

qarbacov-liderxeber“Mixail Qorbaçovun təklifi qəbulolunmazdır”

Bunu Yenicag.Az-a VHP-nin sədri Sabir Rüstəmxanlı söyləyib.

O, bildirdi ki, Qorbaçov gəlib yedi, dağıtdı, istədiyini əldə etdi:

“İndi də SSRİ-nin bərpasını istəyir? Bu, yalnız ruslara xas olan bir şüardır. Başqa bir şey deyil”.

Sabir Rüstəmxanlının fikrincə, SSRİ-nin bərpası yalnız müharibə yolu ilə ola bilər:
Sabir Rüstəmxanlı ile ilgili görsel sonucu

“Necə ki, Rusiya Ukraynanın bir hissəsini aldı. Bu da işğalçılıqdır… Dünya indi 1918-19-cu il deyil, yəni belə müharibələrə imkan verməzlər”.

Millət vəkili Fazil Mustafa isə bildirdi ki, bu olduqca avantürist bir yanaşmadır, dövlətlərin müstəqilliyi üçün bir təhdid yaratmaq niyyətidir:

Fazil Mustafa ile ilgili görsel sonucu“Yenidən populyarlaşmaq istəyən Qorbaçovun keçmiş SSRİ məkanında yaratdığı xaosu təkrarlamaq niyyətinə qarşı ən sərt formada münasibət bildirilməlidir. SSRİ bir zorakılıq modeli idi, müasir dövrdə belə bir modeldə dövlət yaratmaq tarixin təkərini geriyə çevirmək deməkdir”.

Qeyd edək ki, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov TASS agentliyinə müsahibəsində “SSRİ tərkibinə daxil olan ölkələrin ittifaqını yenidən əvvəlki sərhədlər daxilində bərpa etmək olar”,- deyə təklif irəli sürüb.

 

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

909
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv