Reklam: High Technic
hightechnic

STAR zavodunun işə düşəcəyi VAXT açıqlandı

Oktyabrın 19-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR Neft Emalı Zavodunun (NEZ) açılış mərasimi keçiriləcək.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, hazırda zavodda sınaq məqsədilə istehsal həyata keçirilir.

Bir müddət əvvəl neft emalı zavodunun 2019-cu ilin yanvar ayında tam istehsalat gücünə çatacağına qeyd olunmuşdu.

Qeyd edək ki, “Star” neft emalı zavodunda 60 faiz pay “Rafineri Holding” şirkətinə, 18,5 faiz pay “Turcas Petrol”a, 40 faizi isə SOCAR-a məxsusdur.

www.yenicag.az

1137