Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sten Li vəfat etdi

ABŞ komiks yazıçısı, ssenarist, aktyor, prodüser, televiziya aparıcısı Sten Li 95 yaşında vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə TMZ xəbər portalı məlumat yayıb. Məlumata görə, Sten Li noyabrın 12-də Los-Ancelesdə (Kaliforniya ştatı) xəstəxanalardan birinə çatdırılıb və orada keçinib. Bu ilin fevralında o, ürək və tənəffüs problemi ilə bağlı xəstəxanaya yerləşdirilmişdi. Daha əvvəl isə bir neçə dəfə səhhəti ilə bağlı olaraq tədbirlərdə iştirakını təxirə salmışdı.

Yazıçı Sten Li rəssamlar Cek Körbi və Stiv Ditko ilə əməkdaşlıq edərək, Hörümçək-adam, Fantastik dördlük, Qara Bəbir, İks-adamlar, Qarışqa-adam, Dəmir-adam və digər personajları yaradıb. O, “Marvel Comics” nəşriyyatında baş redaktor, naşir işləyib, sonralar şirkətin direktorlar şurasının sədri olub.

Loading...

www.yenicag.az

12549
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100