!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Stoltenberq: İsveç tezliklə NATO üzvü olmalıdır

!Reklam – Yazi

İsveç yaxın gələcəkdə NATO-ya daxil olmalıdır.

Yenicag.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

O bu məsələnin Türkiyə parlamentində tezliklə ratifikasiya olunacağına ümid etdiyini bildirib.

Oktyabrın 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin alyansa daxil olmasını təsdiq edən sənədlər paketini parlamentə təqdim edib. Əvvəllər Ankara Stokholmun yerinə yetirmədiyi şərtlərə işarə edərək, ratifikasiya etməyə tələsmirdi.

Macarıstan da İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyib.

İsveç və Finlandiya eyni vaxtda, 2022-ci ildə NATO-ya üzv olmaq üçün ərizə təqdim ediblər.

Finlandiya 2023-cü ilin yazında NATO-ya üzv olub.

 

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv