!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Stratejik dəyərləndirmə və vizyon" konfransı işinə başladı - VİDEO

!Reklam – Yazi

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə İstanbulda Stratejik dəyərləndirmə və vizyon konfransı öz işinə başlayıb.

Yenicag.az xəbər verir ki, konfransda 100-ə yaxın ölkənin rəsmi şəxsləri və jurnalistlər iştirak edirlər.

Konfransda iştirakçı ölkələrlə Türkiyə arasındakı münasibətlərin mövcud durumu və perspektivlər müzakirə edilir.

Konfrans öz işinə Türkiyə-Azərbaycan münasibətlərinin Qarabağ probleminin həllindəki rolundan bəhs edən panellə başlayıb.

İlk müzakirədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və Moderator.az saytının şef-redaktoru Xəyalə Rəis iştirak edib.

Konfransda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Türkiyə mediasının Qarabağ həqiqətlərinin işıqlandırlmasındakı rolundan danışan Hüseyin Altınalan bu işin öhdəsindən mükəmməl şəkildə gəlindiyini vurğulayıb.

Çıxış edən Aqil Ələsgər Zəfərin əldə edilməsində Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyinin mühüm nüans olduğunu vurğulayıb. Media Qrup rəhbəri, həmçinin media müstəvisində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun koordinasiyalı şəkildə çalışmasının da önəmli rol oynadığını vurğulayıb.

Xəyalə Rəis çıxışında Azərbaycan vətəndaşlarının Qarabağ münaqişəsinin gələcək nəsillərə qalmamasından sevinc duyduqlarını bildirib, Türkiyəyə dəstəyindən dolayı təşəkkür edib.

 

 

 

 

 

 

www.yenicag.az

458
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv