!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Stres, əsəb, gərginlik: Qarşısını necə almaq olar? - ARAŞDIRMA

!Reklam – Yazi

Bildiyimiz kimi, son illərdə hər kəs çətin dövrdən keçir. Pandemiya, müharibələr, maddi problemlər, gərgin iş rejimi və digər amillər insanları həm mental cəhətdən, həm də fiziki cəhətdən çox yorub.

Cəmiyyətdə mental və ya fiziki tükənmişlik adi bir hal kimi başa düşülsə də, əslində, ciddi problemdir. Belə məsələlər insanlarda depressiyaya, stresə, günlərlə davam edən baş ağrılarına, hətta daha böyük sağlamlıq problemlərinə yol açır.

Bəs, özümüzü daha sağlam və gümrah hiss etmək üçün nə edə bilərik?

Tibbi və psixoloji araşdırmalara əsasən stresi həyatımızdan çıxartmaq üçün bəzi yollar var.

Yenicag.az insanların həm mental həm də fiziki cəhətdən daha sağlam ola bilməsinə kömək edəcək bəzi yolları təqdim edir.

Tarixi əsrlər öncəyə dayanan, ilkin olaraq, Asiyada tətbiq olunan indi isə bütün dünya tərəfindən tanınan yoqa zehni sağlamlaşdırmaq, yuxu problemlərini düzəltmək və depressiyadan uzaq olmaq üçün ən yaxşı vasitələrdən biridir. Hətta, dünya ulduzları belə davamlı olaraq Yoqa ilə məşğul olurlar.

Yoqanın faydalarına gəldikdə isə, saymaqla bitməz. Yoqa insanlarda enerjini artırır, həzm və qan dövranını yaxşılaşdırır və xroniki ağrıları xeyli azaldır.

Həm əsəbləri sakitləşdirən, həm də xroniki bel ağrılarına dərhal təsir göstərən idman növlərindən biri də üzgüçülükdür. Üzmək ürək döyüntülərini normallaşdırmaqla bərabər, çəkini nəzarətdə saxlamağa, elastikliyi artırmağa və xolestrol səviyyəsini stabilləşdirməyə kömək edir. Astma xəstəliyinə də çox müsbət təsir göstərir.

Nə qədər sadə görünsə də, gündəlik 1 saat qaçış və ya gəzinti belə bir çox şeyə mühüm təsir göstərir.

Məşhur professor və həkim Canan Karatayın dediyinə görə, gündəlik gəzmək bir çox ürək xəstəliklərinin yaranmasının qarşısını alır, nevroloji problemlərin azalmasına kömək edir və çəkini nəzarətdə saxlayır.

Hər nə qədər çətin görünsə də, başlayan insanların ata bilmədiyi tennis stresə birbaşa təsir edərək, həm enerjini artırır, həm daha güclü bir bədən yaratmaqda xüsusi rol oynayır.

Bundan əlavə, tennislə davamlı məşğul olan insanlarda nizamlı praktik etmə vərdişi yaranır, qorxu hissi azalır və fiziki çətinliklərə adaptasiya prosesi baş verir.

Gündəlik olaraq, maşın sürmək, tıxac zamanı digər sürücələrlə mübahisə etmək də beyni yoran amillərdən biridir. Lakin velosipeddən istifadə etmək isə əksinə, həm bədənin və ruhun sağlamlığını qoruyur, həm də arıqladır.

İnkişaf etmiş ölkələrdə əhalinin bir qismi işə velosipedlə gedib-gəlir. Eyni zamanda, velosiped sürərkən insan istər-istəməz gün boyu hava ilə təmasda olur, bu da oksigen səviyyəsinin normallaşmasına kömək edir.

Psixoloqlar da öz pasientləri ilə olan seanslar zamanı, stresdən uzaq olmaq üçün velosiped sürməyi məsləhət görür.

Çox əziyyətli və yorucu bir proses kimi görünsə də, özünü müdafiə idmanları ən çox müsbət təsir müsbət edən idman növlərindən biridir. Boks, karate, muay-tay və s. kimi idmanları edərkən insan həm çətin situasiyalarda fiziki cəhətdən özünü necə müdafiə etməli olduğunu öyrənir, həm də özünə olan güvən hissi artır. Bu tip idman növləri insanın motivasiyanı daim yüksəkdə saxlayır.

Sadalanan idman növlərindən əlavə, özümüz də zehnimizin daha sağlam olmasını təmin edə bilərik. Bəzən özümüz də istəmədən stresi həyatımıza qonaq edirik. Həyatımızda elə insanlar var ki, onlarla dostluq etmək bir növ, enerjimizi alır. Çalışmalıyıq ki, ətrafımızda yalnız anlaşa bildiyimiz və pozitiv enerji aldığımız insanları saxlayaq. İnsanın yaş faktorunu nəzərə almadan, həyatın istənilən dövründə özünə və zehni sağlamlığına diqqət yetirməsi vacibdir. Çünki bir çox xəstəliklər də mental problemlər nəticəsində yaranır.

Şəhanə Paşa

www.yenicag.az

814
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv