!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Su hövzəsinə 1500-dən çox balıq körpəsi buraxıldı

!Reklam – Yazi

Gəncə şəhər Heydər Əliyev Mərkəzində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü, Gəncə Dövlət Universiteti və UNEC-in təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, konfrans proqramı çərçivəsində ölkəmizdə yaşıllıq sahələrinin genişləndirilməsinə və su bioresurslarının populyasiyasının artırılmasına dəstək məqsədilə növbəti ənənəvi aksiyalar təşkil olunub.

Belə ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ağacəkmə aksiyası keçirilib, bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli ağaclar əkilib, Göygöl Milli Parkının ərazisində isə su hövzəsinə qızıl xallı farel növünə aid 1500-dən çox balıq körpəsi buraxılıb.

Milli Məclisin komitə sədrləri və deputatları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, elmi təşkilat və təhsil müəssisələrində çalışan alim və pedaqoqlar, Gəncə Şəhər və Göygöl Rayon İcra hakimiyyətləri rəsmiləri tədbirlərdə iştirak ediblər.

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv