!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Su səsi”ndə mənşəyi məlum olmayan qida məhsulları aşkarlandı

!Reklam – Yazi

Göygöl rayonunun Zurnabad kəndində fəaliyyət göstərən “Su səsi” restoranında mənşəyi məlum olmayan və keyfiyyətsiz qida məhsullarının təqdim edilməsi ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında fiziki şəxs Qurbanov Ramin Yunis oğluna məxsus restoranda yoxlama aparılıb.

Yenicag.az xəbər verir ki, bu haqda AQTA məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı ictimai iaşə müəssisəsində digər istehsalçılara məxsus butulkalarda qablaşdırılmış, üzərində tərkibi, istehsal və son istifadə tarixləri göstərilməyən kompotlar, mənşəyi məlum olmayan süd məhsulları aşkarlanıb. Həmçinin qida məhsullarının çirklənmə riski yaradacaq şəraitdə, mal qonşuluğu qaydalarına riayət olunmadan saxlanıldığı müşahidə olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq istehlaka yararsız qida məhsullarının istifadəsinin qarşısı alınıb, icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati qaydada tədbir görülüb.

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv