!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sualları cavabsız qalan müəllimlər hara müraciət etməlidir?

!Reklam – Yazi

Müəllimlərin işə qəbulu məsələləri ilə bağlı redaksiyamıza vaxtaşırı suallar daxil olur. Bunlar adətən işə qəbul balı, müddəti və vakant yerlərlə bağlı olur. Maraqlıdır, həmin sualları regional təhsil idarələri niyə cavablandırmır?

Yenicag.az xəbər verir ki, bununla bağlı təhsil eksperti Elçin Əfəndi “Yeni Sabah”a açıqlama verib. O, namizədlər üçün əsas sualları cavablandırıb:

“Müəllimlərin işə qəbul imtahanında iştirak edən namizədlərin imtahan nəticələri müvafiq olaraq bir il qüvvəsində qalır. Vakant yerlərinin seçimində isə istər paytaxtda, istərsə də, rayon qeydiyyatında olan şəxslər müəyyən yerləri seçə bilərlər. Yalnız yerdəyişmə zamanı bu imkan bir o qədər tanınmır. Lakin namizəd imtahanda yüksək nəticə göstəribsə, təbii ki, o vakant yerlərin seçimində iştirak hüququ qazanır”.

Ekspert sualları cavabsız qalan namizədlərə belə tövsiyə verib:

“Əlbəttə, regional təhsil idarələrinin vətəndaşın ünvanladığı sorğuya doğru-düzgün cavabları yoxdursa, o zaman vətəndaş Elm və Təhsil Nazirliyi və ya 146 qaynar xətt ilə əlaqə saxlayıb, bu barədə məlumat verməlidir”.

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv