!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Süd və süd məhsullarından İSTİFADƏ RİSKİ: “Onların saxlanma müddəti az olduğu üçün...”

!Reklam – Yazi

“Mənşəyi bəlli olmayan süd və süd məhsullarından istifadə insanın heyvan mənşəli xəstəliklərə yoluxma riskini artırır”.

Bu fikirləri süd və süd məhsullarının düzgün saxlanma şəraiti haqda danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, süd və süd məhsulları həm heyvan mənşəli, həm də zülalla zəngin olduğu üçün tez xarab olmağa meyllidir:

“Ağartı məhsullarının saxlanma qaydalarına düzgün əməl olunmasa, yaxud da mənşəyi bəlli olmayan yerlərdən alınarsa, onlardan istifadə etdikdə, orqanizm üçün ciddi fəsadlar yarana bilər.

Mənşəyi bəlli olmayan süd və süd məhsullarından istifadə insanın heyvan mənşəli xəstəliklərə yoluxma riskini artırır. Xüsusilə də, açıq şəraitdə satılan süd məhsulları gigiyenik baxımdan insan orqanizmində müxtəlif xəstəlikləri yaranmasını şərtləndirir.

Ona görə də, süd və süd məhsulları alarkən, qablaşdırmanın üzərindəki məlumatlara diqqət etməliyik. Süd məhsullarını saxlama müddəti az olduğu üçün ağzı açıldıqdan sonra mütləq istifadə edilməlidir”.

Nuray Məmmədzadə

www.yenicag.az

195
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv