Reklam

Reklam

Əməkdar artist Suğra Bağırzadə nəvəsi ilə bağlı yayılan xəbərdən əsəbiləşib.

Qeyd edək ki, Big.az saytında aktrisanın xərçəng xəstəliyindən müalicə alan 15 yaşlı nəvəsi Raulla bağlı xəbər yayılıb. Xəbərdə deyilir ki, ağır xəstəlikdən əziyyət çəkən Raul bu günlərdə Bakıya qayıdıb.

Yeniçag.az-a açıqlama verən əməkdar artist hazırda nəvəsinin yaxşı olduğunu deyir:

“Nəvəm artıq sağalıb, sadəcə müayinə üçün Türkiyəyə aparıb-gətiririk. O, Bakıda məktəbə gedir, yaxınlarda imtahanlarını da verib. Böyük oğlandır, internetə daxil olub, bu xəbəri oxusa, dəhşətə gələr. Hələ qızımı demirəm… Türkiyədə yaşayan qızım bu xəbəri oxusa, dəli olar. Niyə insanların həssas nöqtəsinə toxunurlar? Axı insan taleyindən söhbət gedir. Ayıb olsun”.

Cəvahir Səlimqızı
Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 117
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.