!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sükan arxasındakı sürücü ürəktutmadan öldü

!Reklam – Yazi

Göyçayda sürücü sükan arxasında ürəktutmadan ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, bu gün saat 15 radələrində 1968-ci il təvəllüdlü Fəxrəddin Xəlilov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən ilkin ehtimala əsasən ürəktutmadan ölüb və nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarında dayanan “VAZ-2109” markalı avtomobilə dəyib.

Zərbənin təsirindən “VAZ-2107”dəki qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv