Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Şükürovdan “Traktorsazi” rəsmisinə hədiyyə

Reklam: High Technic

Təbrizin “Traktorsazi” klubunun vitse-prezidenti Said Ajurlu Türkiyənin Antalya şəhərindədir.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, o, qardaş ölkəyə azərbaycanlı FİFA agenti Çinar Məmmədin dəvəti ilə yollanıb.

Səfərin məqsədi həm Azərbaycanda, həm Türkiyədə, həm də İranda futbol sahəsində görüləcək işləri müzakirə etməkdir. Bundan başqa aşağı yaş qruplarının inkişafına önəm verən Təbriz təmsilçisinin beynəlxalq turnirlərə qatılması məsələsi də müzakirə olunub.

Görüşə 2002-2003 mövsümündə “Traktorsazi” klubunda çıxış etmiş, indi isə “Zirə” futbol akademiyasının koordinatoru olan Adil Şükürov da qatılıb. O, Said Ajurluya Bakı təmsilçisinin formasını hədiyyə edib.

www.yenicag.az

1347
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100