!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Süleyman Mikayılovla Cavid Qurbanovun məsuliyyətsizliyi: Şəhid adını daşıyan Mədəniyyət Evi bərbad vəziyyətdə - ŞİKAYƏT / FOTOLAR

!Reklam – Yazi

Qaradağ rayonunda yerləşən, Şəhid Zaur Qurbanovun adını daşıyan Mədəniyyət Evinin baxımsızlığı ilə bağlı Yenicag.az-a şikayət daxil olub.

Sakinlərin sözlərinə görə, Azərbaycan Dəmir Yollarına məxsus olan ərazidə yerləşən bu mədəniyyət evinin bərpa olunmamasında Qaradağ rayon İcra Hakimiyyəti rəhbərliyi birbaşa məsuliyyət daşıyır, lakin buna baxmayaraq, problemin həlli istiqamətində heç bir addım atılmır:

“Bir qəsəbəni bu günə qoymaq xalqa və xalqı idarə edən rəhbərə balta çalmaq deməkdir. Qaradağ rayonunda belə problemlərə niyə axı son qoyulmur? Nə üçün səbəbkarlar cəzalanmır? Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Cənab Süleyman Mikayılov, Ələt qəsəbəsinin, qonşu Qobustan və Səngəçal qəsəbələrinin zibil meydançalarından təmizlənən tullantıları Ələt qəsəbəsinə asan və səssiz-səmirsiz şəkildə gətirib boşaltmaq hansı qanunda yazılıb? Əgər rəsmi şəkildə belə bir qanun varsa, sənədlər üzərində bu qanunu bizə göstərin bilək”.

“Niyə görə Qaradağ Rayon İcra Hakimiyyəti deyirik? Çünki bu, sizin səlahiyyətləriniz daxilində olan problemdir, sizə aid olan aktual problemlərdir. Cənab Prezident hər zaman Ələt qəsəbəsini diqqətdə saxlayır, bu qəsəbədə xeyli işlərin görülməsi üçün vəsait ayırır, hətta Ələt qəsəbəsini Azad İqtisadi Zona edir. Bəs siz nə edirsiniz? Sizin məqsədiniz nədir? Budurmu sizin ölkə rəhbərinin gördüyü işlərə qoyduğunuz hörmət?! Kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq, ölkə rəhbərinin adına uyğun olmayan “işlər görən” hər kəs sərt şəkildə cəzasını almalıdır.

Ələt qəsəbəsindəki bərbad vəziyyətdə olan, Mədəniyyət Evinin xaraba günə qalmasından Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun və həmçinin əraziyə ağalıq edən Cavid Qurbanovun belə xəbəri var, çox gözəl xəbərləri var. Görünür, onların ilk öncə Şəhidə və qəsəbə sakinlərinə qoyduğu hörmət budur. Hər yerə müraciət edirik, hamısı da bilir, xəbəri var. Amma heç bir tədbir görülmür”, – deyə sakinlər etirazlarını dilə gətiriblər.

Gülşən Şərif

www.yenicag.az

863
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv