Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Süleymanov: "Günahkar idarəçilikdən xəbəri olmayan cavabdeh şəxslərdir"

Reklam: Sinerji Pro

“Neftçi” rəhbərliyinin 80 illik yubileyinə jurnalistləri dəvət etməməsi böyük narazılığa səbəb olub.

Yeniçağ.az xəbər verir ki, “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov da sosial şəbəkədəki hesabında bu məsələyə sərt reaksiya verib. Keçmiş FİFA referisi jurnalistlərə göstərilən münasibətə görə narazılığını bildirib:

“Son günlər jurnalistlərin “Neftçi”nin 80 illik yubileyinə dəvət almaması, diqqətdən kənar qalmaları geniş müzakirə olunur. Hər bir işə emosional, subyektiv deyil, ilk növbədə futbol tələblərinə uyğun yanaşılmalıdır. Məsələnin mənəvi tərəfi də öz yerində.

FİFA, UEFA-nın lisenziyalaşdırma tələblərinin əsaslarından biri klubların media və ictimaiyyətlə əlaqələrərinin peşəkar səviyyədə qurulması, önəm verməsidir.
“Neftçi”nin son mövsümlər adına layiq çıxış etməməsi azarkeşlərin haqlı narazılığına səbəb olur. Onlar üçün fərqi yoxdu, klub rəhbərliyi, məşqçi, futbolçular kimlərdir. Onlara qələbələr lazımdır. Belə psixoloji durumda mütəxəssislərin, jurnalistlərin fikirlərinə son dərəcə həssas yanaşmaları başadüşüləndir. Təbii, obyektiv, subyektiv yazılar, rəylər olur…

“Neftçi”nin indiki durumda olmasının günahkarı jurnalist, azarkeş deyil. Bunun səbəbi 90 faiz futboldan, futbol idarəçiliyindən xəbəri olmayan kluba cavabdeh şəxslərdir. Klubu, komandanı formalaşdıran, məşqçi, futbolçuları dəvət edən onlardır…

“Neftçi”nin tarixi uğurlarında azarkeşlər kimi, jurnalistlərimizin Vətən sevgisi ilə qürur duymaları, fəxr etmələrinin canlı iştirakçısı, səbəbkarları, şahidləriyik!”

Yeniçağ.Az

www.yenicag.az

95