!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülh anlaşmasına mane olan QÜVVƏLƏR: "Rusiyanın niyyəti zor gücü ilə..." - ŞƏRH

!Reklam – Yazi

“Bu gün faşizmi putinizm əvəz edib”.

Bu fikiri tərəflərin liderlərinin sülh mesajı, vasitəçilərin danışıqların vacibliyini vurğulaması fonunda sahədəki gərginliyi dəyərləndirən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, Rusiya zor gücü ilə maraqlarını təmin etmək niyyətindədir:

“Rusiya problemin mənbəyidir, erməni isə burada alətdir. Rusiya geopolitik və geostrateji maraqlarını təmin etmək üçün erməniləri alət kimi istifadə edir. Heç vaxt Rusiya və Qərb ölkələri Azərbaycanın mütləq milli maraqlarının təmin olunmasını düşünmürlər. Hər kəsin öz maraqları var. Ancaq bütün hallarda Qərbin ortaya qoyduğu mövqe daha cəlbedicidir.

Zəifləyən Rusya fonunda Qərbin fəallaşması və nisbətən pozitiv layihələrin ortaya gəlməsi Rusiyanı narahat edir. Rusiya demək istəyir ki, maraqları təmin olunmamış sülh məsələsi sual altında olacaq. Rusiyanın maraqları “Dağlıq Qarabağ” adlı saxta br anklav yaradıb, Azərbaycanı, Türk dünyasını məşğul etməkdir.

Rusiya alternativ, cazibəli platforma ortaya qoymur. Rusiya zor gücü ilə, heç bir tərəfi dinləmədən öz maraqlarını təmin etmək niyyətindədir. Bu, Rusiyanın təfəkkürüdür. Bu gün faşizmi putinizm əvəz edib.

Azərbaycanın indiki zamanda daha səbirli, Rusiyanın aqressiv reaksiyasının Qafqaza gəlməsinə imkan vermədən, eyni zamanda suverenlik prinsipləri ilə ardıcıl çıxış etməsi çox məqbul olan haldır”.

Səxavət Məmməd

www.yenicag.az

643
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv