!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülh danışıqlarında ən önəmli HİSSƏ: Ermənistanın yeganə çıxış yolu...

!Reklam – Yazi

“Regionda təhlükəsizlik arxitekturasının qurulması üçün müzakirələr davam etdirilməli, ortaq razılığa gəlinməlidir”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasında aparılan sülh proseslərinin hazırkı vəziyyətindən danışan politoloq Kamran Məmmədov deyib.

Onun sözlərinə görə, son zamanlar Ermənistan ilə Azərbaycan arasında aparılan sülh danışıqları prosesinin ən önəmli hissələrindən biri də delimitasiya və demarkasiya məsələsinin həlli istiqamətində işlərə başlanılması idi.

“Təbii olaraq, bu işlər qısa müddətdə həllini tapacaq məsələlər deyil. Çünki problemlərin 30 ildən artıq müddət aktuallığını qoruduğu hər kəsə məlumdur. Nəticə etibarilə regionda təhlükəsizlik arxitekturasının qurulması üçün müzakirələr davam etdirilməli, ortaq razılığa gəlinməlidir. Eynilə Qazaxın kəndlərinin qaytarılması kimi.

Cənubi Qafqazda maraqlarını təmin etmək üçün Ermənistan üzərindən oyun oynamaq istəyən qüvvələrin mövcudluğu aydın məsələdir. Bunu həm Vətən müharibəsindən öncə, həm də sonra müşahidə etmişik. Bu xüsusda Ermənistanın silahlandırıldığı da beynəlxalq ictimaiyyətə məlumdur. Lakin eyni zamanda, Ermənistanın silahlandırılması ilə yanaşı, müharibəyə təhrik edildiyi də açıq sezilirdi. Yekun nəticə isə regionda sülh mühitinin pozulması ilə nəticələnə bilərdi.

Bölgədə sülh mühitinin qorunması üçün Ermənistanın yeganə çıxış yolu kənar təsirlərdən qurtulmaq və qorunmaqdır. Əgər İrəvan həqiqətən də sülh istəyində səmimidirsə, delimitasiya və demarkasiya işlərində qətiyyətli olmalı, sülh prosesi çərçivəsində davamlı addımlar atmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

353
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv