!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülh istəməyən qüvvələrin atdığı ADDIMLAR: "Bu mexanizmlərdən istifadə olunur” - ŞƏRH

!Reklam – Yazi

“Hazırkı status-kvonun dəyişməməsi və sülh istiqamətində irəliləyiş əldə olunmaması üçün müxtəlif mexanizmlərdən istifadə olunur”.

Bunu Ermənistan-Azərbaycan arasında sülhə nail olmaq üçün Vaşinqton, Brüssel və Moskva görüşlərindən sonra İrəvanda baş verən qarışıqlığın səbəblərindən danışan politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Ermənistan-Azərbaycan arasında sülh və təhlükəsizlik istiqamətində keçirilən danışıqlardan öncə də, sonra da regionda bir sıra təxribatların baş verdiyini, neqativ halların artdığını müşahidə edirik:

“Cənubi Qafqaz regionunda sülhü dəstəkləməyən qüvvələr təxribatçı fəaliyyət həyata keçirir. Reykyavikdə və Brüsseldə keçirilən görüşlər ərəfəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşotun oğurlanmasına cəhd edilməsi, daha sonra saxlanılan şəxsin azadlığa buraxılmasına dair müxtəlif nümayişlər müşahidə olunur. Baş verən bütün proseslərin sülh məsələsinə mənfi təsirini nəzərə almaq lazımdır.

Nikol Paşinyanın artıq ailə üzvlərinə təzyiq olunduğunu görürük. Digər tərəfdən, dünya üzərində erməni lobbisinin də aktivləşdiyi müşahidə olunur. Xüsusilə Los-Ancelesdə yaşayan ermənilər təxribatçı fəaliyyətlərindən əl çəkmirlər. Bu kimi hallar diplomatik masada sülh əldə olunması yolunda keçirilmiş böyük məsafənin üzərindən xətt çəkir.

Brüssel görüşündə qarşılıqlı olaraq Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanıyıb. Tərəflərin delimitasiya prosesində anklavlar məsələsinə də müəyyən aydınlıq gəlib. Belə olduğu halda regionda qalıcı maraqlarını təmin etmək istəyən qüvvələr hərəkətə keçirlər. Diplomatik müstəvidə Avropa İttifaqı ilə Rusiya arasında mübarizəni xüsusi nəzərə almaq lazımdır.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün bir sıra görüşlər keçirildi. Mayın 25-i Moskvada Ermənistan-Azərbaycan liderləri arasında yüksək səviyyədə görüş planlanır. Belə olan halda hazırkı status-kvonun dəyişməməsi və sülh istiqamətində irəliləyiş əldə olunmaması üçün müxtəlif mexanizmlərdən istifadə olunur.

Ermənistan siyasi iradə nümayiş etdirməli, baş verən proseslərdə öz qətiyyətini ortaya qoymalıdır. Sülh proseslərindən yayınmaq, müxtəlif güclərin əlaltısı olmaq Ermənistan üçün mənfi ssenaridən başqa bir şey vəd etmir. Bu hallar Emənistanın dövlətçiliyini, ərazi bütövlüyünü sual altına sala bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

384
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv