!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sülh” istəyən İrəvan: “Erməni politoloqlar deyir ki...” - ŞƏRH

!Reklam – Yazi

“Ararat Mirzoyanın verdiyi açıqlama da havaya danışılmış sözlərdir”.

Bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın “bütün problemləri həll etməyin bir yolu var – dinc danışıqlar” sözlərini şərh edən politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, dəfələrlə Ermənistanın verdiyi sözlərin arxasında durmadığının şahidi olmuşuq:

“Ararat Mirzoyanın verdiyi açıqlama havaya danışılmış sözlərdir. Əgər sülh, dinc yolla problemi həll etmək istəyirlərsə, niyə ortada heçnə yoxdur? Üçtərəfli sazişlə Ermənistan üzərinə öhdəliklər götürüb. Həmin öhdəlikləri Ermənistan yerinə yetirsə, münaqişə dinc yolla həll ola bilər. Sülh müqaviləsinin bağlanması üçün Azərbaycanın haqlı tələbləri var. Bu tələblər delimitasiya və demarkasiya məsələlərinin həlli, separatçı ordunun Qarabağdan çıxarılması, İran və Fransa kimi dövlətlərlə təxribatlara əl atılmamasıdır. Bu məsələlər həll olunsa, sülh müqaviləsinin bağlanması üçün heç bir maneə qalmaz.

Bir müddət öncə İran və Ermənistan birləşməsinin Azərbaycana qarşı təxribat planı ifşa oldu. Azərbaycanın Tehrandakı səfirliyinə hücum İranın bütün vəhclə Azərbaycana hərbi varlığını göstərmək istədiyini deməyə əsas verir. Arazboyu keçirilən təlimlər, səfirliyimizə hücum, Ermənistana yüksək dəstək İranın Azərbaycana nifrətinin göstəricisidir. Hətta erməni politoloqlar şərh edir ki, əgər “Vətən” müharibəsi zamanı İran olmasa idi, Ermənistan çox böyük itkilərə məruz qalar, Zəngəzuru belə itirə bilərdi.

Hər an hər iki dövlətdən təxribat gözləyirik. Çünki hər zaman Ermənistanın sülh mesajlarının arxasından çirkin təxribatın şahidi olmuşuq. Türkiyədə baş verən zəlzələdən istifadə edərək Azərbaycana qarşı təxribatların olması ehtimalı var. Düşmənlərimiz məkrlidir. Təxribatlara hazır olmalı, baş verəcəyi təqdirdə lazımi adekvat addımları atmalıyıq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

327
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv