!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülh müqaviləsi üçün İMZA MƏKANI: “Vasitəçilərin sonradan əngəl törətməməsi üçün...”

!Reklam – Yazi

“Bütün güc mərkəzləri sülh müqaviləsinin məhz onun “meydança”sında imzalanmasına can atır”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında nizamlama prosesinin perspektivini mümkün nəticələri dəyərləndirən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan özünün bütün ərazilərində suverenliyini bərpa etdikdən sonra rəsmi Bakıya qarşı təzyiqlər xeyli artıb:

“2023-cü ilin sonuna yaxın sülh müqaviləsi imzalanması ilə bağlı müəyyən qənaət formalaşmışdı. Cari il ərzində prosesə qeyri-konstruktiv yanaşmalar, Azərbaycana qarşı qərəzli münasibət, Fransa və digər ökələrin timsalında ermənipərəst mövqenin güclənməsi sülhün əldə olunacağına dair bütün ehtimalları sıfırlamışdı.

Azərbaycan suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdikdən sonra rəsmi Bakıya qarşı olan həmlələrin sayı da artıb. Çox qərəzli və riyakar mövqe ifadələri oldu. Hər iki tərəfdən sülhlə bağlı müsbət mesajların ötürülməsi imkan verdi ki, cəmiyyətlərdə də bu barədə müzakirələr aparılsın.

Təəssüflər olsun ki, sülh müqaviləsinin imzalanmasına yönəlik nəticə yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyi öz təkliflərini Ermənistanın diqqətinə çatdırıb və onun cavabını gözləyir. Ümid edirik ki, bu dəfəki təklifə sonuncu dəfə olduğu kimi, 70 gündən sonra cavab verməzlər.

Eyni zamanda, sülh müqaviləsinin imzalanacağı paytaxtın seçimi ilə bağlı da müəyyən müzakirələr gedir. Bu çərçivədə Rusiya, Qərb, hətta son zamanlar İranın da adı hallanır. Bütün güc mərkəzləri sülh müqaviləsinin məhz onun “meydança”sında imzalanmasına can atır.

Şəxsi düşüncəm ondan ibarətdir ki, vasitəçilərin sonradan əngəllər törətməməsi üçün sülh müqaviləsinin neytral meydanda, ən uyğun variant kimi, Azərbaycan-Ermənistan sərhədində imzalanması daha münasibdir. Xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ilin yekunlarına dair çıxışında bildirdi ki, xarici işlər nazirlərinin də sərhəddə görüşmə ehtimalı var. Bu, çox müsbət haldır.

Çünki baş nazirlərin müavinləri sərhəddə görüşmüşdülər. Bu seçim tərəflər arasında sülh müqaviləsinin imzalanmasına təkan verə bilər. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Sankt-Peterburqda baş tutan ayaqüstü söhbət söhbət onların jestlərində sülhə yönəlik diplomatik işarələri sezmək olardı”.

Səxavət Məmməd

www.yenicag.az

2112
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv