!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Sülh müqaviləsində Qarabağ ermənilərinin qayıdışı məsələsi olmayıb və yoxdur" - Erməni səfir

!Reklam – Yazi

“Sülh müqaviləsində Qarabağ ermənilərinin mümkün qayıdışı haqqında söhbət olmayıb və yoxdur”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan erməni mediasına müsahibəsində deyib. O,  sülh müqaviləsində Qarabağ ermənilərinin qaytarılmasının mümkünlüyü məsələsinin müzakirə olunub-olunmaması sualına cavab verib.

Səfir bildirib ki, Qarabağ ermənilərinin mümkün qayıdışı məsələsi 9 noyabr tarixli bəyanatın 7-ci bəndində təsbit olunub, lakin sülh müqaviləsində bu barədə söhbət olmayıb və yoxdur.

“Mən düşünmürəm ki, bu məsələ Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi kontekstində müzakirə mövzusu olsun. Bu insanların hüquqları məsələsi Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı məsələlər arasında müzakirə olunmaya bilər. Ayrı-ayrılıqda müzakirə oluna bilər, edilməli olanlar olmadı, ayrıca danışıqlar olmadı. İndi biz yeni reallıqlar dövründə yaşayırıq”, – deyə Marukyan bildirib.

Onun sözlərinə görə, “150 min Qarabağ ermənisinin geri qayıtmaq hüququ var”.

Ləğv olunmuş qondarma qurumun “dövlət institutları”nın saxlanması məsələsinə gəlincə, Marukyan bildirib ki, Ermənistanda buna nail olmaq mümkün deyil.

“Əgər akkreditə olunmuş diplomatik qurumlar deyilsə, Ermənistan öz ərazisində başqa ölkələrin dövlət qurumlarını saxlaya bilməz. Ermənistanın milli təhlükəsizliyi kontekstində Ermənistan ərazisində belə formada qurumların formalaşdırılması və saxlanması düzgün deyil. Mühacirətdə olan hökumətlər var, olub və olsun, Ermənistanın bununla heç bir əlaqəsi yoxdur”, – deyə o bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv