!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Sülh müqaviləsinin İranda imzalanacağını istisna etmirəm" - Rusiyalı politoloq

!Reklam – Yazi

Əliyevlə Paşinyan Sankt-Peterburqda sülh müqaviləsinin konkret detallarını müzakirə ediblər.

Yenicag.az xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov Ermənistan mətbuatına müsahibəsində deyib. O bildirib ki, Əliyev və Paşinyan növbəti görüşün konkret yeri və danışıqların tamamlanma vaxtını razılaşdırıblar.

“Əminlik var ki, Əliyev və Paşinyan Sankt-Peterburq sammiti çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin konkret detallarını müzakirə ediblər. Məhz, görüşlərin konkret yeri və danışıqların tamamlanma vaxtını razılaşdırıblar.

Əliyev Sankt-Peterburqda Paşinyanla söhbətə sırf Qərbin bu prosesə qarışmadığına görə razılaşıb. Bilirik ki, Azərbaycan tərəfi son aylarda liderlər və xarici işlər nazirləri səviyyəsində görüşlə bağlı bir neçə təklifi rədd edib.

Amma erməni tərəfi Rusiyanın təşəbbüsünü istəmir. Burada əsas problem yaranır. Fakt budur ki, Azərbaycanın Fransa diplomatlarına Azərbaycandakı təzyiqlərini görürük.

Müəyyən mənada bu, Ermənistan-Azərbaycan münaqişəsində birtərəfli vasitəçiliyin hansı qiymətə ola biləcəyini başqa ölkələrə göstərmək olan Bakının atdığı addımlardır. Bu, həm də ABŞ və Aİ-yə yönəlib.

Ermənistan hökuməti nəhayət başa düşməlidir ki, Ermənistan və Gürcüstan istisna olmaqla, Cənubi Qafqazda və onun ətrafında olan bütün ölkələrdə Qərbin danışıqlarda iştirak etməməsi və razılaşmanın Qərbdə bağlanmaması ilə bağlı konsensus var. Amma Rusiya Federasiyasının da beynəlxalq aləmdə öz problemləri var. İran ərazisində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağını istisna etmirəm”, – Tarasov vurğulayıb.

Xuraman Etibarlı

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv