!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülh prosesinə ƏNGƏL OLAN QÜVVƏLƏR: “Ermənistanda yüksək vəzifə tutmuş sabiq “yan”lar var gücü ilə...” - POLİTOLOQ

!Reklam – Yazi

“Ermənistanda keçmişdə yüksək vəzifə tutmuş bütün “yan”lar var gücü ilə sülh müqaviləsinin imzalanmasına əngəl törətmək istəyir”.

Bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın “şifahi razılaşmalar rıçaqından yeni müharibəyə rəvac vermədən ən yaxşı şəkildə istifadə etməliyik, Paşinyan belə asanlıqla sülh imzalaya bilməz” ifadələrinə münasibət bildirən politoloq Ramiz Alıyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistanda keçmişdə yüksək vəzifə tutmuş bütün “yan”lar var gücü ilə sülh müqaviləsinin imzalanmasına əngəl törətmək istəyir:

“Sual yaranır ki, niyə? Bir neçə səbəb mövcuddur. Başda duran əsas səbəb isə Azərbaycanı “düşmən” gözü ilə görmələridir. Əgər sülh müqaviləsini imzalasalar, iqtisadi vəziyyətlərinin nə qədər yüksələ biləcəklərini dərk etmirlər. Vətən müharibəsindən sonra Ermənistanın məğlubiyyətini görən xarici investorlar bura yatırım etmək istəmir. Təbii olaraq, qorxurlar. Heç bir xarici investor iqtisadiyyatı güclü, təhlükəsiz olmayan ölkəyə yatırım etmək istəmir.

Azərbaycanın isə bir çox xarici investorlarla yaxşı münasibətləri var. Məhz həmin şirkətlər Azərbaycana görə Ermənistanla əməkdaşlıqdan imtina edirlər. Ermənistan hazırda dalana dirənmiş, küncə sıxışdırılmış dövlətdir. Sülh müqaviləsinin ən çox elə özünə faydasının toxunacağını dərk etmir. Ən azından Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərinə baxıb dərs götürməlidir.
Ermənistanda sülh istəməyən qüvvələrin tabe olduğu güclər var. Və həmin qüvvələr tabe olduğu yerlərə hesabat verirlər. Məhz həmin güclər Cənubi Qafqazda sülhün bərqərar olmasına qarşıdır. Məhz həmin güclər Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətinin güclənməməsi üçün xalq arasında müxtəlif təbliğatlar aparır. Keçmiş vəzifəlilərin Paşinyanı istəməməsinin səbəbi bir gün nə vaxtsa köhnə postlarına geri qayıdacaqlarına ümid bəsləmələrindən irəli gəlir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv